İran prezidenti Məsud Pezeşkian oktyabrın 22-də Rusiyaya səfər edəcək. Day.Az-ın məlumatına görə, bunu İran Prezident Aparatının ictimai əlaqələr departamentinin Həbibulla Abbasi yerli mediaya açıqlamasında deyib. Onun sözlərinə görə, İran prezidenti BRICS və BRICS+ üzv ölkələrinin dövlət başçılarının sammitində çıxış edəcək.