Çin istehsalı olan elektrik mühərrikli 160 avtobus noyabrın 11-dən etibarən xəttə çıxarılacaq. Day.Az bildirir ki, bunu "Baku Bus"-ın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva "Xəzər Xəbər"ə müsahibəsində bildirib. 2024-cü il istehsalı olan avtobusların istismar müddəti 15 ildir.