"Ümumiyyətlə, hamam otaqlarında qaz avadanlıqlarının quraşdırılması təhlükəsizlik baxımından məqsədəuyğun deyil. Amma quraşdırılsa belə, mütləq təhlükəsizlik qaydalarına riayət etmək lazımdır". Day.Az xəbər verir ki, bunu Milli.Az-a təhlükəsizlik məsələləri ilə bağlı ekspert Elmar Nurəliyev deyib.