Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Cənubi Koreyada növbəti oyununu keçirib. İdman.biz xəbər verir ki, o, "Tedjon"un heyətində "Qvandju"ya qarşı mübarizə aparıb. 36-cı tur çərçivəsində səfərdə baş tutan matçda müdafiəçimiz 90 dəqiqə meydan olub. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb və tərəflərin hərəsi bir xal qazanıb.