Yevlaxda ağır yol qəzası baş verib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə noyabrın 3-ü saat 20 radələrində Qoyunbinəsi kəndi ərazisində qeydə alınıb. Samir İbrahimovun sükanı arxasında olduğu "VAZ 2107" markalı avtomobil Ruslan Əhmarovun idarə etdiyi "Muravey" markalı motosikletlə toqquşub.