Son günlər Bakıda əksər avtobusların son dayanacaq məntəqələrinin dəyişdirilməsi səbəbindən sərnişinlərin də çoxu metrodan istifadəyə üstünlük verir. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında metronun əksər stansiyalarına həm girişdə, həm də platformalarda sərnişin sıxlığı yaşanıb.