Taksi sürücüsünə qarşı quldurluq etməkdə ittiham olunan 36 yaşlı Samir Məmmədovun məhkəməsi yekunlaşıb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Samir Nəsimi rayonunda "Şamaxinka" adlanan ərazidə mindiyi taksidə sürücüyə qarşı zorakılıq edib.