Ötən ayla müqayisədə hazırda Azərbaycanda unun topdansatış qiyməti artıb. Day.Az İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, noyabrın 4-dən etibarən istehsalçılar unun qiymətini 70 qəpik artırıblar.