İndi bəzi Qərb havadarları Ermənistandan "sülh göyərçini" düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində səsləndirib.