Donald Trampın Ağ Evə qayıdışı ilə Amerika qlobal iqlim siyasəti məsələlərində yenidən bir dönüş nöqtəsindədir. Yeni-köhnə prezidentin karbohidrogen hasilatını artırmaq, yaşıl enerjiyə ayrılan maliyyəni azaltmaq və Paris Sazişindən yenidən çıxmaq niyyətində olduğunu bəyan etməsi ekoloqlar və iqtisadçılar arasında ciddi narahatlıq doğurur.