Şotlandiyanın Edinburq şəhərinin simvollarından biri kimi tanınan, qədim vulkan mənşəli "Arthur's Seat" ("Arturun taxtı") zirvəsində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan bayrağı dalğalandırılıb. Day.Az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.