Noyabrın 15-də Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan xarici media nümayəndələri üçün mediatur təşkil olunub. Trend xəbər verir ki, mediatur qədim zamanlardan bugünədək Azərbaycan tarixini əks etdirən Milli Azərbaycan Tarixi Muzeyindən başlayıb.