"Şəkər xəstəsi idim, görünür, bir az da özüm laqeyd yanaşdım. Yeni ürək köçürülməlidir, başqa nə deyim... Bütün işlərim yarımçıq qaldı. Əsas özüm sağalım, o da düzələr". Day.Az xəbər verir ki, bu fikirləri "Kulis.az"a müsahibəsində uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkən meyxanaçı Xəyyam Əhmədli səsləndirib.