"Taksi fəaliyyəti çox ciddi bir fəaliyyət növüdür və bununla yol hərəkət qaydalarını bilməyən, avtomobilin texniki göstəricilərindən anlamayan, etik qaydalara riayət etməyən və normal ünsiyyət qurmaqda çətinlik çəkən şəxslər məşğul ola bilməz". Day.Az xəbər verir ki, bu fikirləri Milli.Az-a açıqlamasında ekspert Fərid Əliyev deyib.