Müğənni Oğuzhan Koç qazancını hara xərclədiyini açıqlayıb. Day.Az axşam.az-a istinadən bildirir ki, jurnalistlər bir müddət əvvəl Kiprdə ev aldığı üzə çıxan Koça "Sərmayələrinizi necə qiymətləndirirsiniz" sualını ünvanlayıb. 39 yaşlı müğənni "Məncə, ən məntiqlisi daşınmaz əmlak, ev və ofis almaqdır... O yerləri mən seçirəm" deyib.