Sabirabadda baş verən ağır qəzada yaralananların vəziyyəti məlum olub. Day.Az xəbər verir ki, Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 27 noyabr 2024-cü il tarixidə Sabirabad rayon Minbaşı ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.