Bakıda gənc qız dəm qazından boğulub. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Z.Kərimov küçəsindəki mənzildə baş verib. Belə ki, həmin mənzildə kirayə yaşayan 2003-cü il təvəllüdlü Xanım Eyvaz qızı İmanovanın meyiti dünən saat 21 radələrində tapılıb. Onun dəm qazından boğulub ölməsi məlum olub.