"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində 26 noyabr tarixində Azərbaycan Respublikası vətəndaşı olan 37 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib. Bu barədə Day.Az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.