Noyabrın 28-də xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi - "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olublar. Bu barədə Day.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.