Lənkəranda yol-nəqliyyat qəzası baş verib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Gərmətük qəsəbə ərazisində qeydə alınıb. Belə ki, çağırışa gedən tibbi yardım briqadasının olduğu tibbi yardım avtomobilinə "Mercedes" markalı minik avtomobili çırpılıb.