Bakıda elektrik mühərrikli avtobusun enerji ehtiyatı qurtardığı üçün yolda qaldığı bildirilir. Day.Az xəbər verir ki, bu barədə həmin avtobusda olan sərnişinlər məlumat yayıb. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılsa da, hadisənin hansı marşrut xətti üzrə hərəkət edən avtobusda baş verdiyi deyilməyib.