Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışında təqsirli bilinən 41 yaşlı Cavad Fəhradov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Day.Az-a verilən məlumata görə, ondan 8 kiloqramdan artıq marixuana aşkar olunub.