Külli miqdarda qızıl külçələrin qaçaqmalçılığı cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilmiş Anar Qasımov Türkiyə Respublikasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. Day.Az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.