Bakının Nərimanov rayonunun İ.Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində siyirtmədə aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 02.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bu barədə Day.Az-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyindən bildirilib.