Bizə bu günü yaşadan şəhidlərimizin ruhu, qazilərimizin qarşısında baş əyirəm. Bunu Day.Az-a açıqlamasında Şuşa sakini Quliyeva Züleyxa deyib. Onun sözlərinə görə, biz bu günləri illərlə həyəcanla gözləmişik. İndi isə sevinclə doğma yurdumuza qayıdırıq. "Mən özüm şəhid bacısıyam. Bu gün şəhidimiz Nərimanın ad günüdür.