Dünən günorta saatlarında Abşeron rayonu Masazır qəsəbəsində qətl törədilib. Day.Az Sfera.az-a istinadən xəbər verir ki, saat 14 radələrində 1993-cü il təvəllüdlü Ayxan Əhliman oğlu Hacızadə yaşadığı Masazır qəsəbəsi "Yeni Masazır" yaşayış kompleksindəki mənzildə bıçaqlanıb.