İrəvanla Bakı sülh sazişi layihəsinin mətninin 90 faizini razılaşdırıb. Day.Az-ın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, həmçinin prosesin yekunlaşması və sözügedən sənədin imzalanması istiqamətində işlərin aktivləşəcəyini gözlədiyini bildirib.