Dekabrın 5-də Culfa rayonunun bir sıra kəndlərində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. Day.Az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti məlumat yayıb. Bildirilib ki, məhdudiyyət 76 millimetr və 89 millimetr borular korroziyaya uğradığı üçün görülən təmir işləri ilə əlaqədardır.