Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 11-ci km-də yeni piyada keçidi inşa edilib. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Yol səviyyəsindən hündürlüyü 5.90 metr olan keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir.