Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlük müzakirələrini 2028-ci ilə qədər təxirə salmaq qərarı Tbilisidə böyük etirazlara səbəb oldu. Minlərlə insan küçələrə çıxaraq hakimiyyəti "Avropa yolunu satmaqda" ittiham etdi. Bu şüarlar beynəlxalq medianın diqqətini cəlb etsə də, bu etiraz teatrının arxasında daha dərin ziddiyyətlər dayanır.