Ermənistandakı Azərbaycan mədəni irsi təhlükə altındadır. Day.Az Trend-ə istinadən bildirir ki, bunu İordaniyanın Haşimi Universitetinin professoru Mohammed Vahib Hüseyn "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda keçirilən II beynəlxalq konfransda deyib.