AFFA İntizam Komitəsi Gənclər Liqasında keçirilən bir oyunla bağlı qərarlarını açıqlayıb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, komitə bir məşqçi və bir futbolçunu cəzalandırıb. "Zirə" ilə görüşdə hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlədən "Sumqayıt"ın baş məşqçisi Kənan Hacıyev 5 oyun cəzalandırılıb.