Bakıda təcili tibbi yardım avtomobili aşıb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı təcili tibib yardım avtomobili digər nəqliyyat vasitəsilə toqquşandan sonra aşıb. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.