Bölgədə Ermənistan-Azərbaycan kontekstində xeyli irəliləyişlər əldə edilib. Day.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 31-ci iclasındakı bəyanatında deyib. Nazir bildirib ki, Nazirlər Şurasının bugünkü iclası olduqca mürəkkəb dövrə təsadüf edir.