İran bəzi diplomatlarını və hərbi müşavirlərini Suriyadan təxliyə etməyə başlayıb. Day.Az APA-ya istinadən bildirir ki, bu barədə "The New York Times" öz mənbələrinə istinadən məlumat yayıb. İddialara görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəzi hərbçiləri artıq İraq və Livana təxliyə edilib.