Üçüncü ölkələr müdaxilə etmədikcə Azərbaycanla Ermənistan arasında bu sülh təmin edilə bilər. Day.Az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycanla Ermənistan birlikdə çalışanda sülhün yolunu tapa bilər.