Gələn ilin bayram günləri açıqlanıb. Day.Az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb. Bildirilib ki, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 30, 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilir.