Göyçayda xurma istehsal edən fermerlər məhsulunu sərfəli qiymətə ixrac edə bilmirlər. Rusiyanın bazarında xurma ucuz qiymətə satılır və bu, fermerlərin işini çətinləşdirir. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, uzun illərdir Azərbaycanın xurma ixracatında Rusiya və Ukrayna bazarları əhəmiyyətli yer tutur.