Rusiyanın Xarici İşlər Nazirliyi vətəndaşlarını ABŞ-yə səfər etməkdən çəkinməyə çağırıb. Day.Az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə danışıb. O qeyd edib ki, buna səbəb rusiyalıların həmin ölkədə saxlanılması riskinin mövcud olmasıdır.