Ağdaşda 14 yaşlı oğlan su kanalına düşərək ölüb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Qoşaqovaq kəndində qeydə alınıb. 2010-cu il təvəllüdlü Vüqar Zakirli dərsdən qayıdan zaman Şirvan Suvarma kanalının ətək hissəsində əlini yuyan zaman sürüşərək kanala düşüb. Nəticədə yeniyetmə suda boğularaq ölüb.