Suriyada Bəşər Əsəd rejiminin çökməsindən sonra Azərbaycan tərəfi ümid edir ki, Suriyada əmin-amanlıq, sülh bərqərar olunacaq. Day.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.