Dünya siyasəti səhnəsində "azadlıq, bərabərlik və qardaşlıq" şüarını daim təkrarlayan Fransa, riyakarlığın ən bariz simasına çevrilib. İnsan haqları və sülh barədə yüksək tribunalardan səsləndirilən bəyanatlar əslində ikiüzlü siyasətin örtüyüdür. Bu siyasət özünü silah satışlarında və hərbi münaqişələrin qızışdırılmasında büruzə verir.