"Azərbaycanda ümumilikdə məktəblərdə müəllim çatışmazlığı yoxdur". Day.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazirin sözlərinə görə, müəllimlik kifayət qədər rəqabətli sahəyə çevrilib: "Ucqar kəndlərdə dərs sayları az olmasına görə müəllim çatışmazlığı olur".