Yeni ilə az qalıb. Bu vaxt gələndə ən çox uşaqlar sevinir. Sevinclərinin başlıca səbəbi isə bir-birindən rəngli, bahalı və ziyanlı hazır Yeni il hədiyyələridir. Zaman-zaman bu hədiyyə qutularından şikayət edən də olur, onu sevə-sevə alıb uşağına aparan da. Bəs qida ekspertləri, həkimlər bu mövzuda hansı fikirdədir?