Cari ilin 11 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 711 mln. manat çox olmaqla 5 mlrd. 949 mln. manat vəsait yönəldilib. Day.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.