Asiya İnkişaf Bankı (AİB) Qafqaz və Mərkəzi Asiya subregionu üzrə inflyasiya proqnozlarına yenidən baxaraq, 2024-cü ilin sentyabr ayı hesabatı ilə müqayisədə 2024-cü il üçün proqnozunu 6,9 faizdən 6,8 faizədək endirib. Day.Az xəbər verir ki, 2025-ci il üçün proqnoz isə dəyişməyərək 6,2 faiz səviyyəsində qalıb.