Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsi üzrə növbəti qərarını 18 dekabr tarixində elan edəcək. Day.Az xəbər verir ki, bu barədə AMB-nin 2024-cü il üçün pul-kredit siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib. Qeyd edək ki, AMB noyabrın 1-də uçot dərəcəsini dəyişməz saxlayaraq 7,25 faiz səviyyəsində qərarlaşdırmışdı.