Gələn il ehtiyac meyarı və yaşayış minimumunun həddi 285 manat götürüləcək. Day.Az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyində əksini tapıb. Qeyd edilib ki, 2025-ci il 1 yanvar tarixindən ehtiyac meyarının həddi 270,0 manatdan 285,0 manata yüksəldiləcək.