"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmova ev dustaqlığına buraxılıb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bir müddət əvvəl belə qərar qəbul edib. Hazırda direktorun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.