Bir neçə gün əvvəl işdən çıxarılan Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin sabiq rəis müavini Nihad Məhəmmədzadə Naxçıvan MR Ali Məclisini məhkəməyə verib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Naxçıvan Şəhər Məhkəməsinə müraciət edən N.Məhəmmədzadə əmək mübahisələri çərçivəsində işə bərpa edilməsini tələb edib.